Mətbuat Şurası DSX-ni jurnalistə güc tətbiq edən əməkdaşı barəsində ölçü götürməyə çağırıb
11:14 02 Dekabr 2021
"Dövlət Sərhəd xidmətinin zabiti, mayor Rövşən Cahangirovun xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı həlak olmuş hərbçilərlə vida mərasimində çəkiliş aparmaq istəyən "Baku TV"nin əməkdaşlarına qarşı nalayiq hərəkəti yolverilməzdir, jurnalistlərin sərbəst fəaliyyətinə maneçilik cəhdidir".
Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, media orqanının böyük ictimai və mənəvi əhəmiyyət daşıyan hadisəni işıqlandırmaq, bu xüsusda məlumat toplamaq məqsədinin qarşısı alınmamalıdır. Media orqanının nümayəndələrinə qarşı güc tətbiqi elementləri ilə müşaiyət edilən davranışlar yolverilməzdir. Bu, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesində jurnalistikanın daşıdığı missiyaya önəm verildiyi bir ölkənin prinsiplərinə ziddir. Belə xoşagəlməz halın yaşanması ciddi təəssüf hissi doğurmaqdadır.
"Azərbaycan Mətbuat Şurası "Baku TV"nin əməkdaşlarına münasibətdəki rəftarı qətiyyətlə pisləyir. Şura Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin diqqətini baş vermiş hadisəyə çəkərək qurumu kobudluğa yol vermiş əməkdaşı barədə müvafiq ölçü tədbiri götürməyə çağırır. Azərbaycan Mətbuat Şurası onu da bəyan edir ki, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda jurnalistin qanuni fəaliyyətinə maneçilik cəhdlərinin gələcəkdə də təkrarlanmaması üçün "Baku TV" əməkdaşlarının üzləşdiyi duruma həssas yanaşılması mütləqdir. Şura ümüd edir ki, bu yanaşma konkret əməllərdə əksini tapacaq, baş vermiş hadisəyə layiqli qiymət veriləcəkdir", - bəyanatda vurğulanıb.
Oxunub: 482
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Mətbuat Şurası vaksinasiya ilə bağlı jurnalistlərə müraciət edib
- Mətbuat Şurası beynəlxalq təşkilatlara və xarici media qurumlarına müraciət edib
- Mətbuatın 145 illiyinə həsr olunmuş vebinar keçirilib
- Mətbuat işçilərinə Prezidentin fərdi təqaüdü verilib
- Mətbuat Şurası həftəsonu qadağası ilə bağlı jurnalistlərə müraciət etdi
- Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaratdı
- Mətbuat Şurası KİV-lərə müraciət edib
- Mətbuat Şurası MSK-nın qarşısında keçirilmiş icazəsiz aksiyada monitorinq aparıb
- Mətbuat Şurası jurnalistlərə çağırış etdi - Bəyanat