“Azəriqaz” media mənsubları üçün “Açıq qapı” aksiyası keçirəcək


11:28     02 Dekabr 2021 21_12_02_1638428749.jpg

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 3 dekabr saat 11:00-da başlayacaq.

Bu barədə Femida.az “Azəriqaz”a istinadən xəbər verir.

Bildirilir ki, bütün media mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu bu tədbirə dəvətlidir

Açar sözlər:

Oxunub: 394