Vüqar Səfərlinin məhkəməsi təxirə salınıb
11:32 02 Dekabr 2021
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb.
Femida.az -ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxslərdən birinin vəkili məhkəməyə gəlməyib.
Bu səbəbdən məhkəmə iclası təxirə salınıb.
Növbəti proses dekrabrın 7-nə təyin edilib.
Qeyd edək ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.
Oxunub: 532
Oxşar xəbərlər
- Vüqar Səfərli kassasiya şikayəti verib
- Vüqar Səfərli müalicə müəssəsinə köçürülüb
- Vüqar Səfərlinin vəsatətləri təmin edilməyib
- Vüqar Səfərli Əli Həsənov və oğlu ilə bağlı məhkəməyə şikayət edib
- Vüqar Səfərlinin əmlakı müsadirə edilib
- Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
- Vüqar Səfərlinin məhkəməsində mübahisə olub
- Vüqar Səfərlinin məhkəməsində ittiham aktı elan olunub
- Vüqar Səfərlinin məhkəməsi keçirilir
- Vüqar Səfərlinin məhkəməsinin vaxtı açıqlanıb