Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
12:30 02 Dekabr 2021
İşğaldan azad edilən ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir.
Daxili İşlər Naziliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər.
Polis əməkdaşları 7 avtomat, 3 qumbaraatan, 3 pulemyot, 7 qumbaraatan mərmisi, 8 əl qumbarası, 4 partladıcı vasitə, 3 sandıq, 5 435 müxtəlif çaplı patronlar və digər döyüş sursatı götürərək aidiyyəti üzrə təhvil veriblər.
Oxunub: 616
Oxşar xəbərlər
- Xocavənddə qanunsuz olaraq müxtəlif əşyalar toplayan şəxs həbs edilib
- Xocavənddə xeyli sayda silah-sursat aşkarlanıb
- Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
- Xocavənddə avtobus qəzasında yaralanan 16 nəfər Bakıya təxliyə edilib
- Xocavənddə tikinti şirkətinin əməkdaşında narkotik aşkarlanıb
- Xocavənddə tank mərmiləri aşkarlanıb
- Xocavənddə erməni hərbçilərin cəsədləri aşkarlanıb
- Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın baş verib (VİDEO)
- Xocavənddə yeni hərbi hissələrin açılışı olub - VİDEO
- Xocavənddə minalanmış ərazidə yanğın olub - Əraziyə iki helikopter cəlb edilib