Bayramda restoranlara nəzarət gücləndiriləcək
16:57 02 Dekabr 2021
“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yeni il şənlikləri zamanı ictimai iaşə müəssisələrində xüsusi karantin rejiminin tələblərinə əməl edilməsilə bağlı nəzarət tədbirləri həyata keçiriləcək”.
Femida.az xəbər verir ki, bunu Agentliyin Bakı regional bölməsinin rəisi Zaur Kərimov deyib.
O qeyd edib ki, şənlik keçirilmə qaydası Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiq etdiyi təlimatlara uyğun olmalıdır: “Metodik göstərişlərin tələblərinə mütləq şəkildə əməl olunmalıdır. Korporotiv şirkətlərin təşkil edəcəyi şənlik mərasimlərinin iştirakçıların sayı barədə də portalda məlumat olmalıdır. Bu zamanda qeyd olunan tələblərə əməl edilməlidir”.
Z.Kərimovun sözlərinə görə, yeni il şənliklərinin keçirilməsi üçün tələb olunan vaxtdan 5 gün əvvəl qeydiyyatdan keçmək kifayətdir.
Femida.az
Oxunub: 543
Oxşar xəbərlər
- Bakıda restoran diceyi bıçaqlandı
- Bakıda restoranda yanğın olub
- “Xəngəland” restoranında nöqsanlar aşkarlanıb
- Məşhur restoran Vasif Məhərrəmlini məhkəməyə verdi
- Gəncədə restoranda nöqsanlar aşkarlanıb
- İsmayıllıda restorandan oğurluq edən gözətçinin cinayət əməli ifşa olunub
- Bakının mərkəzində restoranda lift qırılıb, 2 nəfər ağır xəsarət alıb
- Bakıda restoranda Türkiyə vətəndaşı döyülüb
- DİN: "131 nəfər restoranlara buraxılmayıb"
- AQTA bir neçə restoranı cərimələyib