Ceyhun Bayramov Finlandiyalı hamkarı ilə görüşüb


17:45     02 Dekabr 2021 2021/12/AD9C224B-883E-4C6C-A275-E56329E6E891_1638454446.png

Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Finlandiya Respublikasının xarici işlər naziri Pekka Haavisto ilə görüşüb.

Femida.az Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən xəbər verir ki, nazirlər iki ölkə arasında ikitərəfli münasibətlər, eləcə də beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində mövcud əməkdaşlıq münasibətlərini müzakirə ediblər.

2025-ci ildə Helsinki Yekun Aktının 50-ci ildönümünün qeyd ediləcəyi zaman Finlandiyanın ATƏT-ə sədrlik etmək təşəbbüsü məmnunluqla qeyd edilib. Nazir Ceyhun Bayramov, həmkarına regiondakı cari vəziyyət, Azərbaycan-Ermənistan arasında münasibətlərin beynəlxalq hüququn norma və prinsiplərinin əsasında normallaşması istiqamətində müxtəlif formatlarda görülən işlər, həmçinin üçtərəfli bəyanatların icra olunması istiqamətində atılan addımlar barədə geniş məlumat verib.

Nazirlər, həmçinin digər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Femida.az

Açar sözlər: #XİN    

Oxunub: 329