İraqda İŞİD-in hücumu nəticəsində 10 nəfər həlak olub
09:32 03 Dekabr 2021
İraqın Mosul şəhərinin Mahmur rayonunda İŞİD terror təşkilatı tərəfindən həyata keçirilən hücum zamanı “peşmərgə” adlanan bir neçə kürd silahlısı və daha 3 mülki şəxs öldürülüb.
Bu barədə Femida.az “Haber Global”a istinadən xəbər verir.
Peşmərgə komandiri Nejat Hule “Rudaw” telekanalına açıqlamasında məlumatı təsdiqləyib. O, silahlıların Mahmurun Karaçug bölgəsinin Nazikənd kəndində İŞİD terrorçuları tərəfindən pusquya salındığını bildirib.
Hule qarşıdurma nəticəsində 7 “peşmərgə”nin həyatını itirdiyini deyib.
Oxunub: 632
Oxşar xəbərlər
- İraqda 10 terrorçu zərərsizləşdirilib
- İraqda Türkiyə hərbçisi şəhid olub
- İraqda 6 terrorçu zərərsizləşdirilib
- İraqda həlak olan Türkiyə hərbçilərinin sayı artıb
- İraqda xüsusi əməliyyat zamanı İŞİD-in 38 terrorçusu yaxalanıb
- İraqda 6 terrorçu zərərsizləşdirilib
- İraqda terrorçular dinc sakinləri hədəfə alıb, ölən və yaralananlar var
- İraqda PKK terrorçuları ilə atışmada 1 əsgər həlak olub
- İraqda 13 terrorçu zərərsizləşdirilib
- İraqdakı ABŞ səfirliyinə raketlər atılıb