Alimlər: "Omikron" ştamı təkrar yoluxma riskini üç dəfə artırır


09:44     03 Dekabr 2021 21_12_03_1638508404.jpg

Koronavirusun "omikron" ştamı əvvəlkilərdən üç dəfə daha yoluxucudur.

Femida.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika Epidemioloji Təhlil Mərkəzi və Milli Yoluxucu Xəstəliklər İnstitutunun birgə tədqiqatında məlumat verilir.

"Reuters" Cənubi Afrika alimlərindən sitat gətirib: "Məlumatlar göstərir ki, "omikron" ştamı koronavirusun əvvəlki variantlarına yoluxmuş insanların qəbul etdiyi müalicə preparatlarından yan keçmək qabiliyyətinə malikdir".

Araşdırmada qeyd edilir ki, "omikron" ştamı əvvəllər koronavirusu məğlub etmiş və yenidən xəstələnən insanlarda daha çox müşahidə olunur.

Açar sözlər:

Oxunub: 536