Bakıda İran vətəndaşı üzündən bıçaqlanıb


09:21     05 Dekabr 2021 21_12_05_1638681730.jpg

Bakıda əcnəbi vətəndaş bıçaqlanıb.

Femida.az -ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Ali Rza Mahmudi mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 543