Novxanıda kişi həyat yoldaşını qarnından bıçaqlayıb


09:47     05 Dekabr 2021 21_12_05_1638681781.jpg

Abşeronda rayonunda ailə münaqişəsi bıçaqlanma ilə bitib.

Femida.az -ın məlumatına görə, hadisə rayonun Novxanı qəsəbəsində qeydə alınıb.

Ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanan 1980-ci il təvəllüdlü Seyidverdiyeva Aybəniz Oruc qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onda qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 444