Xırdalanda iki avtomobil toqquşub, xəsarət alan var


11:06     05 Dekabr 2021 21_12_05_1638682024.jpg

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü İsayev Orxan Rafiq oğlu bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 452