Göygöldə qadın itkin düşüb
13:58 05 Dekabr 2021
Göygöl rayonu Zurnabad kənd sakini Gülnarə Hüseynova noyabr ayının 18-də Göygöl rayonunda yaşayan qohumunun evindən çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Həmin şəxsin əlamətləri belədir: Boyu 158 sm, saçları uzun və sarı rəngdədir, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur, ruhi-əsəb xəstəliyindən əziyyət çəkir. Evdən çıxarkən onun əynində qara rəngli ətək, xaki rəngli qış gödəkcə, qara dikdaban ayaqqabı və açıq mavi rəngli əl çantası olub.
Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 202-39-59 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Oxunub: 453
Oxşar xəbərlər
- Göygöldə itkin düşən məktəbli tapılıb
- Göygöldə yol qəzasında ölənlərin sayı 5-ə çatıb
- Göygöldə avtomobil qəzası olub, ölən var
- Göygöldə və Yevlaxda qətl törətdən müəllimin məhkəməsi başlayır
- Göygöldə iki yük avtomobili toqquşub, Türkiyə vətəndaşı ölüb
- Göygöldə minik maşını aşıb, sərnişin ölüb
- Göygöldə avtomobil piyadanı vuraraq öldürüb
- Göygöldə oğurluq edən şəxslər saxlanılıb
- Göygöldə evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb
- Göygöldə avtomobillərinə konstruksiya dəyişikliyi edən sürücülər saxlanılıb