Somalidə terror aktı törədilib, ölənlər və yaralananlar var


13:12     06 Dekabr 2021 21_12_06_1638780852.jpg

Somalidə restorana edilən bombalı hücum nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

Femida.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu ölkənin Baydabo şəhər Polis İdarəsinin rəisi Ömər Məhəmməd bildirib.

Onun sözlərinə görə, ölənlərdən biri hərbçidir.

Hücumu “Əş-Şəbab” terror qruplaşmasının törətdiyinə dair açıqlama yayılıb.

Açar sözlər:

Oxunub: 250