Azərbaycan Afrika ölkələrinə vaksin göndərib


09:05     07 Dekabr 2021 21_12_06_1638818674.jpg

Türk Dövlətləri Təşkilatı tərəfindən Afrika ölkələrinə 611 200 doza miqdarında koronavirus peyvəndi bağışlanıb.

Bu barədə Femida.az Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, sözügedən peyvəndlər dekabrın 6-da hərbi yük təyyarəsi ilə Afrikanın Burkina-Faso (400 min doza “Sinovak”) və Toqoya ( 211 200 doza “Sinopharm”) hədiyyə olaraq çatdırılıb.

Bağışlanan vaksinlərin Türkiyə (200 min doza “Sinovac”), Azərbaycan (100 min doza “Sinovac”), Özbəkistan (100 min doza “Sinovac”) və Macarıstan (211 200 doza “Sinopharm”) tərəfindən ayrıldığı bildirilib.

Açar sözlər:

Oxunub: 484