Zaqatalada dağlıq ərazidə yanğın baş verib


09:26     07 Dekabr 2021 21_12_06_1638818813.jpg

Zaqatala rayonunda dağlıq-meşəlik ərazi yanıb.

Yanğın hadisəsi bu gün axşam saatlarında rayonun Car kəndi inzibati ərazisinə aid olan hissədə baş verib.

Dərhal yanğın olan əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Rayon Meşə Təsərrüfatı Birliyinin əməkdaşları cəlb olunub.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb və yanğın söndürülüb.

Yanğının nə qədər ərazini əhatə etməsi hələki məlum deyil.

Açar sözlər:

Oxunub: 480