DİN: "Bakıda məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı araşdırma aparılır"


09:47     07 Dekabr 2021 21_12_07_1638856061.jpg

"Paytaxtın Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir".

Bunu Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, rayon polisin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir: "Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq".

Açar sözlər:

Oxunub: 468