Mingəçevirdə keçmiş məhkumdan heroin götürülüb


10:47     07 Dekabr 2021 21_12_07_1638856883.jpg

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbiri nəticəsində əvvəllər də eyni əmələ görə məhkum olunmuş Vüqar Cəfərov özünə məxsus “Ford” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən saxlanılıb və Polis Şöbəsinə gətirilib.

Nəqliyyat vasitəsinə,həmçinin onun üzərinə baxış keçirilən zaman şprislər və külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Açar sözlər:

Oxunub: 2878