Bakıda iki qardaş döyülüb


10:51     07 Dekabr 2021 21_12_07_1638859938.jpg

Bakıda döyülmə hadisəsi baş verib.

Hadisə paytaxtın Binəqədi rayonu, Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1979-cü il təvəllüdlü Cəfərov Soltan Həmid oğlu və qardaşı 1983-cü il təvəllüdlü Cəfərov Bəhruz Həmid oğlu tanıdıqları şəxslər tərəfindən döyülüblər.

Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 357