Haaqa Məhkəməsi BU GÜN Ermənistanla bağlı QƏRAR VERƏCƏK
12:44 07 Dekabr 2021
Bu gün Niderlandın Haaqa şəhərində BMT-nin Beynəlxalq məhkəməsi Azərbaycanın iddiası əsasında Ermənistana qarşı təxirəsalınmaz tədbirlərin görülməsi barədə müvəqqəti qərarı açıqlayacaq.
Femida.az -ın məlumatına görə, Azərbaycan "Bütün növ irqi ayrı-seçkiliyin aradan qaldırılması barədə" Beynəlxalq konvensiyanın pozulmasına görə BMT-nin Beynəlxalq məhkəməsində Ermənistana qarşı iddia qaldırıb.
Ermənistan azərbaycanlılara qarşı milli və etnik mənşəyinə əsaslanan ayrı-seçkilik fəaliyyətini həyata keçirib və bu addımları atmaqda davam edir. Ermənistan həm birbaşa, həm də dolayı vasitələrlə etnik təmizləmə siyasətini davam etdirir, nifrət dilindən istifadə etməklə və irqçi təbliğatını yaymaqla, o cümlədən ən yüksək, hökumət səviyyəsində azərbaycanlılara qarşı nifrəti və etnik zorakılığı qızışdırır. 2020-ci ilin payızında döyüş əməliyyatları zamanı azərbaycanlılar yenidən Ermənistanın etnik nifrət zəminində zorakı davranışlarının obyektinə çevrildi. Etnik, mədəni təmizləmə siyasəti yürütməklə, azərbaycanlılara qarşı nifrəti körükləməklə Ermənistan sistemli şəkildə azərbaycanlıların hüquq və azadlıqlarını, eləcə də Konvensiyanın ziddinə olaraq Azərbaycanın hüquqlarını pozur.
Ermənistanın azərbaycanlılara qarşı ayri-seçkilik üzrə siyasəti və təcrübəsinin məqsəd və nəticələri Konvensiyanın 2, 3, 4, 5, 6 və 7-ci maddələrinə əsasən hüquqların və əsas azadlıqların pozulmasıdır.
Azərbaycan BMT-nin Beynəlxalq məhkəməsindən Ermənistanı Konvensiyanın pozulmasına görə məsuliyyətə cəlb etməyi və bununla da Azərbaycana və onun xalqına vurulan ziyanı qarşılamağı təmin etməyi xahiş edir.
Oxunub: 445
Oxşar xəbərlər
- Haaqa Məhkəməsi martın 16-da Ukraynanın Rusiyaya qarşı iş üzrə qərar verəcək
- Haaqa Məhkəməsi Rusiyanın Ukraynaya hücumu ilə bağlı ilk iclasını keçirəcək
- Haaqa tribunalı Rusiyanın Ukraynaya hücumu ilə bağlı təhqiqata başlayıb
- Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə abidə ucaldıldı
- Haaqa Məhkəməsi Ermənistanın hərbi cinayətləri ilə bağlı məsələni araşdırır