Balakəndə koronavirus xəstəsi olan qadına cinayət işi açılıb


10:58     08 Dekabr 2021 21_12_08_1638945513.jpg

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bir nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.

Bu barədə Femida.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, rayonun Qazma kənd sakini Nigar Qandayeva COVID-19-a yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları kənd ərazisində hərəkətdə olarkən aşkarlanan həmin qadın tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarıb.

Digərlərinin də sağlamlığına təhlükə yaradan N.Qandayeva barəsində cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 460