Azərbaycanda dəhşətli intiharın təfərrüatı: Uşaqlarını dərsə, yoldaşını bazarlığa göndərdi...
11:14 08 Dekabr 2021
Dekabrın 6-da Beyləqan rayonunun Baharabad kəndində İbrahimcan Muradovun özünü güllələyərək intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Femida.az "publika.az”a istinadən xəbər verir ki, 1 ay əvvəl yaşla bağlı pensiyaya çıxan 65 yaşlı İ.Muradov ailə üzvləri evdə olmayan vaxt saat 10 radələrində özünü güllələyərək intihar edib.
Bildirilib ki, daha əvvəllər də ailəli olmuş İ.Muradov ikinci evliliyindn olan uşaqları orta məktəbə dərsə göndərib, daha sonra isə onun həyat yoldaşı bazarlıq məqsədilə evdən çıxıb.
Bundan sonra, evdə heç kimin olmadığı vaxt 65 yaşlı kişi tüfəngi götürərək özünə atəş açıb və həyatına son qoyub.
Yaxınlarının bildirdiyinə görə, son vaxtlar onun səhhətində problemlər yaranıb və beyinində qan dövranı pozulub. Bu səbəbdən İ.Muradov zəifləyib, hərəkət etməsi çətinləşib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxunub: 583
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"