Sahil Babayev: “Məşğulluq” altsistemində hazırda 14 min aktiv vakansiya var”
11:33 08 Dekabr 2021
"Azərbaycanda hər il əmək bazarına təxminən 100 mindən çox gənc daxil olur və bu da əmək qabiliyyətli əhalinin, o cümlədən gənclərin layiqli məşğulluğunun təmin olunması kimi qarşıya mühüm vəzifə qoyur".
Femida.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda deyib.
O bildirib ki, əmək bazarına ilk dəfə daxil olan şəxslər bir çox hallarda öz peşə və ixtisaslarına uyğun iş tapmaqda çətinliklərlə rastlaşırlar: "Digər tərəfdən ixtisaslı işçi qüvvəsinin iqtisadi fəal əhalidə xüsusi çəkisi 35%-dən çox deyil".
S.Babayev son 4 ildə əmək müqavilələrinin sayının 30% artaraq 1 milyon 685 minə çatdığını, əməkhaqqı fondunun 92 % artdığını qeyd edib: "Dövlət məşğulluq xidmətləri vasitəsilə 230 min şəxs işlə, 122 min şəxs ödənişli ictimai işlərlə, 36 min şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib. 7 min şəxs peşə hazırlığına, 292 min şəxs peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib, 8 485 şəxsə işsizlikdən sığorta təyin olunub ki, bu ödənişlərdə də 30% artım qeydə alınıb".
Onun sözlərinə görə, “Məşğulluq” altsistemində 110 min vakansiya qeydiyyata alınıb və hazırda 14 min aktiv vakansiya var.
Oxunub: 453
Oxşar xəbərlər
- Sahil Babayev: "Kiminsə ödənişinə qənaət etmək niyyətimiz yoxdur"
- Sahil Babayevdən pensiyaların artırılması ilə bağlı açıqlama
- Sahil Babayev kollegiya iclası keçirib
- Sahil Babayev işəgötürənlərə xəbərdarlıq etdi
- Sahil Babayev Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb
- Sahil Babayev monitorinq qrupu yaradır
- Sahil Babayev büdcə haqda məlumat verdi
- Sahil Babayev özünə müşavir təyin etdi
- Sahil Babayev litvalı səfirlə görüşüb
- Sahil Babayev İran Prezidentinin Aparat rəhbəri ilə görüşüb