XİN: "Ermənistan mina xəritələri məsələsində qeyri-səmimi mövqedən çıxış edirdi"


11:59     08 Dekabr 2021 21_12_08_1638947889.jpg

“Ermənistan bir çox məsələdə olduğu kimi, mina xəritələrinin Azərbaycana təhvil verilməsi məsələsində də təəssüflər olsun ki, qeyri-səmimi mövqedən çıxış edirdi”.

Femida.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Ermənistan tərəfi bu məsələnin ümumiyyətlə, şərh edilməsindən imtina edirdi. Yalnız iyun-iyul aylarında işğaldan azad edilmiş Ağdam, Füzuli və Zəngilan rayonları üzrə mina xəritələrinin təqdim edilməsi müqabilində Azərbaycanda saxlanılan və müxtəlif cinayətləri törətdiyinə görə məsuliyyətə cəlb edilən erməniəsilli şəxslərin qeyri-şərtsiz azadlığa buraxılması ilə şərtləndirilmişdi”, - o deyib.

Açar sözlər:

Oxunub: 450