Ermənistanda əsirlər siyahısına mülki vətəndaşın daxil edilməsi aşkarlanıb


09:21     09 Dekabr 2021 21_12_08_1638989573.jpg

Ermənistanın Hərbi Polisi hərbi əsir və itkin düşmüş şəxslərin siyahıları ilə manipulyasiya faktını aşkarlayıb.

Femida.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Hərbi Polisə Müdafiə Nazirliyinin müxtəlif struktur bölmələrinin vəzifəli şəxsləri tərəfindən 2021-ci ilin yanvar ayında hərbi qulluqçu və ya könüllü olmayan vətəndaşı əsir və itkin düşmüş şəxslər siyahısına daxil edilməsi barədə faktlar daxil olub.

"Bu, ağır nəticələrə gətirib çıxardı, yəni hərbi qulluqçuların Sığorta Fondundan bu günə kimi 2 milyon 700 min dram vəsait köçürülüb", - məlumatda deyilir.

Faktla bağlı dekabrın 7-də Ermənistan Cinayət Məcəlləsinin 376-cı maddəsinin 3-cü bəndi (“Xidməti öhdəliklərdə səhlənkarlıq”) üzrə cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 594