Zaqatalada eyni anda 5 maşın təmiri sexi yanıb


10:57     09 Dekabr 2021 21_12_09_1639025898.jpg

Bu gün səhər saat 05:18-də Zaqatala şəhəri ərazisində, Talaçay çayının sol sahilində Qurbanov Qurban Azad oğluna məxsus, ümumi sahəsi 90 kv/ m olan 5 maşın təmiri sexlərində yanğın baş verib.

Femida.az -ın məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində tikilidə olan, ümumi sahəsi 60 kv/ m olan 3 maşın təmiri sexinin yanar konstruksiyaları yanıb.

İki maşın təmiri sexi, təmirə qoyulmuş 3 minik avtomobili və ətrafda olan digər tikililər yanğından mühafizə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 289