Hindistanda qəzaya uğrayan "Mi-17V5" helikopterinin "qara qutusu" tapılıb


13:30     09 Dekabr 2021 21_12_09_1639041067.jpg

Hindistanın Tamiland ştatında qəzaya uğramış Rusiya istehsalı olan “Mi-17V5” helikopterinin “qara qutusu” dekabrın 9-da aşkarlanıb.

Femida.az xəbər verir ki, məlumatı “The Times of India” qəzeti yayıb.

Bildirilib ki, qutunun tapılması helikopterin qəzaya uğraması səbəbinə aydınlıq gətirilməsinə yardım edəcək.

İlkin məlumata görə, helikopterin qəzaya uğramasına səbəb əlverişsiz hava şəraitidir.

Qeyd edək ki, dekabrın 8-də helikopterin qəzaya uğraması nəticəsində Hindistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Bipin Ravat ilə həyat yoldaşı Madxulika Ravat da daxlil olmaqla 13 nəfər ölüb. Helikopterin göyərtəsində 14 nəfər olub. Kapitan Varun Sinkh sağ qalıb. Hazırda müalicə olunur.

Açar sözlər:

Oxunub: 266