DİN 14 yaşlı qızın anası tərəfindən oğurlanması iddialarına münasibət bildirib


16:04     09 Dekabr 2021 21_12_09_1639051464.jpg

Daxili İşlər Nazirliyi (DİN) Bakıda yeniyetmə qızın anası tərəfindən nənəsinin evindən oğurlanması ilə bağlı iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Femida.az-a cavab olaraq bildirib ki, yayılan məlumatlar araşdırılır.

“Bu barədə məlumatlıyıq. Artıq araşdırmalara başlanılıb”, - şöbə rəisi qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə Şirvan rayon sakini Tamella Mustafayeva qızının narkotik aludəçisi olduğunu iddia edir. O bildirib ki, 14 yaşlı nəvəsi qızı və onun tanışı tərəfindən evindən oğurlanıb. T.Mustafayevanın iddiasına görə, həmin şəxslər yeniyetmənin ona qaytarması müqabilində 5 min manat pul istəyirlər.

Açar sözlər:

Oxunub: 461