Zakir Həsənov Türkiyəyə başsağlığı verib


19:58     09 Dekabr 2021 zakir_hasanov_131014_1_420x250.jpg

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib.

Femida.az -ın məlumatına görə, başsağlığında deyilir:

“Pəncə-İldırım bölgəsində əməliyyatda xaincə terror hücumu nəticəsində şanlı türk ordusunun 3 hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır.

Allah rəhmət eləsin”.

Açar sözlər:

Oxunub: 499