Ermənistanda 465 min dollar mənimsəyən keçmiş mer saxlanılıb


21:23     09 Dekabr 2021 21_12_09_1639070710.jpg

Ermənistanda Vardenis şəhərinin keçmiş meri Aram Arutyunyan vəzifə səlahiyyətlərindən sui-istifadə, dələduzluq və sənədlərin saxtalaşdırılması ilə bağlı açılan cinayət işi ilə bağlı saxlanılıb.

Femida.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, məmur tabeliyində olan iki nəfərlə birlikdə əhalinin sosial cəhətdən aztəminatlı təbəqəsi üçün nəzərdə tutulmuş büdcə vəsaitlərinin oğurlanmasını təşkil edib. Bunun üçün idarə rəisi əlaltıları ilə birlikdə sosial müavinətlərin verilməsi adı ilə adına vəsait ayrılan 250 sakinin pasport məlumatlarını kompüter bazasına daxil edib.

Bütün göstərilən dövr ərzində 231,9 milyon dram (təxminən 465 min ABŞ dolları) mənimsənilib.

İlkin araşdırma zamanı 2017-2018-ci illərdə bu vəzifəni tutmuş keçmiş mer, eləcə də onun iki keçmiş tabeliyində olan şəxs vəsaitlərin mənimsənilməsi faktını etiraf edib.

Açar sözlər:

Oxunub: 604