Şəmkirdə bibisinin evindən 10 min manatlıq oğurluq edən şəxsə şərti cəza verilib


09:47     10 Dekabr 2021 21_12_10_1639114483.jpg

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirdə oğurluq etməkdə təqsirləndirilən Elşən Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Femida.az -ın xəbərinə görə, sonuncu keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkum etmə) maddəsi tətbiq edilib və E.Həsənova şərti cəza verilib.

Qeyd edək ki, Şəmkir rayon sakini, 23 yaşlı E.Həsənov bu ilin yanvar ayında Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Aparılan araşdırmalarla müəyyən edilib ki, E.Həsənov ötən ilin dekabr ayının 28-də yaşadığı Şiştəpə kəndində, bibisinə məxsuz fərdi yaşayış evinə qanunsuz olaraq daxil olub və oradan 1 500 manat dəyərində qızıl-zinət əşyalarını gizli talayaraq oğurlayıb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində E.Həsənovun cari ilin yanvar ayında da eyni ünvandan 1 800 manat nağd pul və 7 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması, daha sonra isə cinayətin izlərini itirərək məsuliyyətdən yaxa qurtarmaq üçün fərdi yaşayış evini yandırmaq istəməsi məlum olub.

Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Dindirilmə zamanı E.Həsənov törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı əşyaları lombarda girov qoyduğunu və əldə etdiyi pulları xərclədiyini bildirib.

Açar sözlər:

Oxunub: 640