Ağsuda məktəb koronavirusa görə bağlanıb
18:56 10 Dekabr 2021
Ağsuda müəllim və şagirdlərdə COVID-19 aşkarlanması səbəbindən məktəb distant təhsilə keçib.
Bu barədə Femida.az-a Ağsu Rayon Gigiyena və Epidimiologiya Mərkəzindən məlumat verilib.
Məlumatda bildirlib ki, Vahir Məmmədov adına Çiyni kənd tam orta məktəbində Ağsu rayon Mərkəzin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı müəllim və şagirdlər arasında koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.
COVID-19 pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədi ilə məktəb dərhal bağlanılaraq distant təhsilə keçirilib.
Eyni zamanda məktəbin bütün sinif otaqları, kollektivinin təmas edəcəyi bütün yerlər təcili olaraq mərkəzin əməkdaşları tərəfindən dezinfeksiya olunub.
Rayon Gigiyena və Epidimiologiya Mərkəzi məktəbin kollektivinə və valideynlərə xəbərdarlıq edib. Koronavirus aşkarlanan şagird və müəllimlərin ailə üzvlərindən, onlarla yaxın təmasda olan şəxslərdən COVID-19 testi üçün yaxma analizləri götürülüb.
Hazırda məktəbdə zəruri işlər davam etdirilir.
Oxunub: 655
Oxşar xəbərlər
- Ağsuda 59 yaşlı qadın itkin düşüb
- Ağsuda "məktəbdə bomba var” deyən şəxsə cinayət işi başlanılıb
- Ağsuda 5 il əvvəlki qətlə görə tutulanların sayı 3-ə çatıb
- Ağsuda 5 il əvvəlki qətlə görə tutulanların sayı 3-ə çatıb
- Ağsuda fermada çoban qardaşını bıçaqlayıb
- Ağsuda keçmiş məhkumdan “Kalaşnikov” avtomatı və narkotik vasitə aşkarlanıb
- Ağsuda 65 yaşlı kişini avtomobil vurub
- Ağsuda avtomobillər toqquşub, xəsarət alanlar var
- Ağsuda insident olub, sələmçi qardaşlar bıçaqlanıb
- Ağsuda bərbərxanada aşkarlanan koronavirus xəstəsinə cinayət işi açılıb