Ali məktəblərdə payız semestri imtahanlarının təşkili qaydası məlum olub - ƏMR
14:20 13 Dekabr 2021
Təhsil naziri Emin Əmrullayev ali və orta ixtisas təhsili müəssisələrində 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı əmr imzalayıb.
Bu barədə Femida.az-a nazirlikdən məlumat verilib.
Əmrə əsasən, sözügedən təhsil müəssisələrində cari tədris ilinin payız semestrinin imtahan sessiyası 3 yanvar 2022-ci il tarixindən əyani formada təşkil ediləcək.
İmtahanların keçirilməsi zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət edilməlidir. Həmçinin, Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əməl edilməlidir.
Əmrdə qeyd edilib ki, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasını mövcud normativ sənədlər əsasında təşkil etməli, təhsil müəssisələrində imtahan qərargahı yaratmalı və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etməlidirlər. Əmrə əsasən, imtahanlarla bağlı nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm məlumat veriləcək.
Oxunub: 563
Oxşar xəbərlər
- Ali Məhkəmə Əli Əliyevin kassasiya şikayətini təmin etməyib
- Ali Attestasiya Komissiyası sədrinə yeni müavin təyin olunub
- Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü vəfat edib
- Ali Məhkəmə sevgilisini öldürən qadınla bağlı qərar elan edib
- Ali Məhkəmə “Azərişıq” ASC-nin şöbə rəisi ilə bağlı qərar elan edib
- Ali Məhkəmə sevgilisinin qətlini sifariş edən qadınla bağlı qərar çıxarıb
- Ali məktəb və kolleclərə ərizə qəbulu başa çatıb
- Ali məktəblərə tələbə qəbulu qaydalarına dəyişiklik edilib
- Ali məktəblərin magistraturalarına qəbul imtahanı başa çatıb
- Ali Məhkəmə xəstəxanada ana ölümünə görə ginekoloqla bağlı qərar elan edib