DİN pirotexniki vasitə satan şəxslərə xəbərdarlıq edib


19:58     16 Dekabr 2021 21_12_16_1639668941.jpg

Daxili İşlər Nazirliyi (DİN) pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil edən şəxslərə xəbərdarlıq edib.

Femida.az -ın xəbərinə görə, xəbərdarlıqda deyilir:

"Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar olunduqda onlar barəsində bundan sonra da ciddi tədbirlər görüləcək".

Açar sözlər:

Oxunub: 380