Balakəndə koronavirus xəstəsi iş yerində aşkarlanıb


11:12     18 Dekabr 2021 21_12_18_1639809607.jpg

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı aktiv koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, rayon sakini Araz Əhmədov COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb olunmasına baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və polis əməkdaşları tərəfindən işlədiyi yerdə aşkarlanıb. Həmin şəxslə izahedici söhbətlər aparılıb və tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.

A.Əhmədov barəsində Rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 555