Pakistanda terror aktı törədilib, ölənlər və yaralananlar var


21:24     19 Dekabr 2021 21_12_19_1639931116.jpg

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində kamikadzenin özünü partlatması nəticəsində azı 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Femida.az xəbər verir ki, bu barədə “The Nation” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Əfqanıstanla sərhədə yaxın Bacaur ərazisində yerli seçkilər günü törədilib. Ölənlər arasında Avami Milli Partiyasının rayon təşkilatının lideri də var.

Bölgədə fəaliyyət göstərən silahlı qrupların heç biri məsuliyyəti üzərinə götürməyib.

Açar sözlər:

Oxunub: 443