Şirvanda qızına qarşı dələduzluq edən qadına cinayət işi açılıb


18:12     20 Dekabr 2021 21_12_20_1640007624.jpg

Şirvan şəhər sakininə qarşı dələduzluq edən şəxsə cinayət işi başlanılıb.

Bu barədə Femida.az-a Şirvan Şəhər Prokurorluğundan bildirilib.

Belə ki, şəhər sakini Soltanova Mehparə Sucayət qızının aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsi ilə bağlı şəhər prokurorluğuna müraciət daxil olub.

Daxil olan müraciət əsasında aparılan araşdırmalarla müəyyən edilib ki, Mehparə Soltanova aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şirvan şəhər sakini Bəhruz Məmiyevin 2014-cü il təvəllüdlü bacısı qızına guya pensiya təyin edilməsi üçün əlillik dərəcəsi alınması ilə bağlı “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Ailə Sağlamlıq Mərkəzinin keçmiş baş həkiminə verməsinə inandırmaqla 2019-cu ilin noyabr ayında ondan 1 500 manat məbləğində pul vəsaitini alaraq dələduzluq yolu ilə ələ keçirmiş və onu rüşvət verməyə təhrik edib.

Bundan başqa, Mehparə Soltanovanın öz qızı Anaxanım Məmmədovadan eyni məqsədlə və eyni miqdarda pul vəsaitini alması müəyyən edildiyindən faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 32.4, 312.2-ci (təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Açar sözlər:

Oxunub: 702