Gənclər və İdman Nazirliyində yeni təyinat olub


19:11     20 Dekabr 2021 21_12_20_1640011547.jpg

Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) İdman şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

AGİN-in Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyevin Femida.az-a verdiyi məlumata görə, nazir Fərid Qayıbovun müvafiq əmri ilə Elnur Məmmədov müvəqqəti olaraq sözügedən vəzifəni icra edəcək.

Qeyd edək ki, Elnur Məmmədov bunadək müxtəlif idman federasiyalarında, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, həmçinin Qırğızıstanda idman sahəsində çalışıb.

Açar sözlər:

Oxunub: 538