Narkotikin təsiri altında avtomobil idarə edən sürücü və onun sərnişini saxlanılıb


19:59     20 Dekabr 2021 21_12_20_1640014804.jpg

Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Xızı rayon sakini Zamin Abdullayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil Şabran rayonu ərazisində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün, eləcə də avtomobildə olan sərnişinlər Elxan Abbasov və Ceyhun Məmmədovun narkotik vasitənin təsiri altında olmalarına dair əsaslı şübhələr yaranıb.

Həmin şəxslər RPŞ-nə gətirilərək həkim müayinəsindən keçiriliblər. Sürücü və E.Abbasovun narkotik vasitələrin təsiri altında olmaları müəyyən edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 500