Nazir: “Dini məzmunlu klipin çəkildiyi məktəb rəhbərliyi barəsində intizam tədbiri görülüb”


12:01     21 Dekabr 2021 21_12_21_1640073785.jpg

Təhsil naziri Emin Əmrullayev məktəbdə şagirdlərin iştirakı ilə dini məzmunlu klipin çəkilməsinə münasibət bildirib.

Femida.az -ın xəbərinə görə, nazir keçirdiyi brifinqdə deyib ki, kliplərin məzmunundan asılı olmayaraq məktəblərdə çəkilməsi qaydalara ziddir.

"Bu qeyri-qanunidir. Məktəb rəhbərliyi barədə intizam tədbiri görülüb", - o vurğulayıb.

Açar sözlər:

Oxunub: 405