Saakaşvilinin Gürcüstana qanunsuz getməsi ilə bağlı növbəti məhkəmə keçiriləcək


11:12     22 Dekabr 2021 21_12_22_1640155479.jpg

Bu gün Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.

Femida.az xəbər verir ki, iclas Tbilisi Şəhər Məhkəməsində saat 12:00-da başlayacaq.

M.Saakaşvilinin prosesdə iştirak edib-etməyəcəyi hələ məlum deyil. Həkimlər sağlamlıq durumu səbəbindən onun iştirakını tövsiyə etmirlər.

Sözügedən iş üzrə ilk məhkəmə dinləməsi dekabrın 9-da eks-prezidentin iştirakı olmadan baş tutub.

Qeyd edək ki, sabiq dövlət başçısı bu ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Onun ölkəyə gizli yolla gəlməsi ilə bağlı 4 nəfər saxlanılıb.

M.Saakaşvili noyabrın 20-dən Tbilisinin Qldani həbsxanasının klinikasından köçürüldüyü Qori Hərbi Hospitalında müalicə olunur.

Açar sözlər:

Oxunub: 449