Neftçalada 65 yaşlı kişi ürək tutmasından hamamda ölüb


12:09     26 Dekabr 2021 21_12_26_1640499006.jpg

Neftçala şəhərində yerli sakin hamamda ölü tapılıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Neftçala şəhər M.Ə. Rəsulzadə küçəsində qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan, 1956-cı il təvəllüdlü Dadaşov İxtiyar Hüseynalı oğlu yuyunmaq üçün hamama gedib.

Bir müddətdən sonra yaxınları hamamda onun cansız bədənini aşkar ediblər.

İlkin məlumata görə, İ.Dadaşovun ürəktutmasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 885