Prokurorluq Saatlıda qardaşını öldürən şəxslə bağlı məlumat yayıb
11:15 29 Dekabr 2021
Dekabrın 28-i saat 15 radələrində Saatlı rayonu Qırağlı kənd sakini 1961-ci il təvəllüdlü Abdulrəhman Əliyevə bıçaqla xəsarət yetirilməsi və almış olduğu xəsarət nəticəsində həmin gün saat 17 radələrində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Saatlı Rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1968-ci il təvəllüdlü Arif Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Abdulrəhman Əliyevin sağ kürək nahiyəsindən bıçaqla xəsarət yetirməsinə, həmçinin həmin vaxt onları ayırmağa cəhd edən sonuncunun arvadı Arzu Əliyevanın sağ bilək nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Arif Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxunub: 793
Oxşar xəbərlər
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- Prokurorluq orqanlarının veteranı vəfat edib
- Prokurorluq Lənkəranda 27 yaşlı gəncin bıçaqlanaraq öldürülməsi ilə bağlı məlumat yayıb
- Prokurorluq Salyanda baş verən qətllə bağlı məlumat yayıb
- Prokurorluq Samuxdakı qətllə bağlı məlumat yayıb
- Prokurorluq Tərtərdə 21 yaşlı gəncin qətli barədə məlumat yayıb
- Prokurorluq Goranboyda bacı və qardaşın qətli ilə bağlı məlumat yayıb
- Prokurorluq Yevlaxda baş verən partlayışla bağlı məlumat yayıb
- Prokurorluq partiya üzvünün faciəvi ölümü ilə bağlı məlumat yayıb
- Prokurorluq Ağstafadakı qətllə bağlı məlumat yayıb