ABŞ-Rusiya danışıqlarının tarixi açıqlanıb


15:55     30 Dekabr 2021 21_12_30_1640854860.jpg

ABŞ-la Rusiya arasında danışıqlar 2022-ci il yanvarın 10-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi açıqlayıb.

Məlumata görə, görüşün keçiriləcəyi tarixin alternativi yoxdur.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, görüşdə Rusiya təhlükəsizliyinə təminatla bağlı ABŞ-dan qəti təminat tələb edəcək. O bildirib ki, Rusiyanın təhlükəsizliyinə təminatla bağlı təkliflərinə Avropa İttifaqı ilə NATO-nun vahid mövqeyi yoxdur.

XİN sözçüsü qeyd edib ki, Rusiyanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov, ABŞ-ın nümayəndə heyətinə isə dövlət katibinin birinci müavini Vendi Şerman başçılıq edəcəklər.

Açar sözlər:

Oxunub: 638


Oxşar xəbərlər