Lənkəranda polisə yalan məlumat verən şəxs saxlanılıb
13:44 05 Yanvar 2022
Lənkəranda polisə yalan məlumat verən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a bildirilib ki, rayon sakini Ənvər Lələyev polisə müraciət edərək evindən 7 000 manat pulun oğurlandığını deyib.
Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb.
Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi müəyyən edilib.
Belə ki, Ə.Lələyevin həmin pulu saxlaması üçün qohumuna verdiyi məlum olub.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxunub: 505
Oxşar xəbərlər
- Lənkəranda avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb
- Lənkəranda yaşayış evi yanıb, bir nəfər xilas olunub
- Lənkəranda 47 yaşlı kişi qətlə yetirilib
- Lənkəranda avtomobillər toqquşub, ölən var
- Lənkəranda sərxoş sürücünün avtomobilində 6 kq-dan artıq narkotik aşkarlanıb
- Lənkəranda 9 yaşlı uşaq yük maşınının altında qalaraq ölüb
- Lənkəranda qadın polisə bilərəkdən yalan məlumat verib
- Lənkəranda 10 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
- Lənkəranda bıçaqlanan 27 yaşlı gənc xəstəxanada ölüb
- Lənkəranda müəllim intihar edib