ANAMA daha 30 minaaxtaran it alacaq


09:22     08 Yanvar 2022 22_01_07_1641575416.jpg

ANAMA-ya 2023-cü ilədək 30 baş minaaxtaran itin təhvil verilməsi nəzərdə tutulub.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Onun sözlərinə görə, bunlardan 20 baş minaaxtaran it artıq Agentliyə göndərilib: "Xüsusi təlim keçən itlərin 12-si ANAMA-nın maliyyəsi, 18-i isə fərdi donorların ianəsi hesabına alınıb. Növbəti illərdə mövcud olan əməkdaşlığın davam etdirilməsi və yeni itlərin gətirilməsi gözlənilir".

Sədr həmçinin xatırladıb ki, ötən il minatəmizləmə əməliyyatına cəlb edilən xüsusi təlim keçmiş itlərin sayında əlavələr olub.

Açar sözlər:

Oxunub: 655