Balakəndə marixuana çəkib, sərnişin daşıyan sürücülər saxlanılıb
10:10 12 Yanvar 2022
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətin təhlükəsizliyinin təmini məqsədilə keçirilən nəzarət tədbirləri zamanı narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, rayon sakinləri, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Kamran Umarovla Rəsul İsmayılovun idarə etdikləri “VAZ-21011” və “VAZ-2107” markalı avtomobillər saxlanılıb. Yoxlama zamanı hər iki sürücünün nəqliyyat vasitəsini etibarnaməsiz sürdüyü müəyyən olunub və onlarda sərxoşluq əlamətləri hiss edildiyindən şöbəyə gətiriliblər. Təyin edilən ekspertizanın nəticəsinə əsasən K.Umarov və R.İsmayılovun marixuana çəkdikləri sübuta yetirilib.
Keçirilən növbəti tədbir zamanı isə narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən Qullar kənd sakini Bağır Məmmədov saxlanılıb. Araşdırma zamanı onun marixuana qəbul edib, “VAZ-21014” markalı avtomobillə taksi xidməti göstərdiyi məlum olub.
Hər üç sürücü barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə onların barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Oxunub: 586
Oxşar xəbərlər
- Balakəndə 28 yaşlı kişinin qulağını kəsən şəxs saxlanılıb
- Balakəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb
- Balakəndə həyətyanı sahəsini narkotik plantasiyasına çevirən qadın saxlanılıb
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər saxlanılıb
- Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə araşdırma başlanıb
- Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub
- Balakəndə 75 yaşlı kişi yanaraq ölüb
- Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, 17 nəfər cərimələnib
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanııb
- Balakəndə koronavirus xəstəsi iş yerində aşkarlanıb