Goranboyda yol qəzası olub, xəsarət alanlar var


19:48     12 Yanvar 2022 22_01_12_1641997260.jpg

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Femida.az -ın məlumatına görə, "Mercedes" markalı avtomobil yük maşını ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan birinə ambulator yardım göstərilib, digər 2 nəfər, Ağstafa rayon sakini, 2008-ci il təvəllüdlü M.Rəhimova və Qazax rayon sakini, 1951-ci il təvəllüdlü A.Bağırov xəstəxanaya aparılıblar.
Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 440