DSMF bəzi şəxslərin pensiyasının artmamasının səbəblərini açıqlayıb


20:25     12 Yanvar 2022 22_01_12_1641997598.jpg

Dövlət Sosial Müdafiə Fondu bəzi vətəndaşların pensiyalarının artmamasının səbəblərini açıqlayıb.

Fonddan Femida.az -IN sorğusuna cavab olaraq bildirilib ki, ölkədə növbəti sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artırılaraq 200 manatdan 240 manata çatdırılıb.

Qeyd olunub ki, bu artım pensiyalarının məbləği 240 manata qədər olan pensiyaçıları əhatə edir və onların pensiyaları yanvarın 1-dən 240 manata çatdırılaraq ödənilir: "Pensiyaların bu ilin əvvəlindən indeksləşdirilərək artırılması isə ötən ilin orta aylıq nominal əməkhaqqının illik artım tempinə dair Dövlət Statistika Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcəyi rəsmi məlumata uyğun aparılacaq. Həmin artım tətbiq olunduqda bu barədə məlumat veriləcək".

Açar sözlər:

Oxunub: 716