Ötən gün toylara görə 1 nəfər cərimələnib, 4 nəfər şənliyə buraxılmayıb
10:52 13 Yanvar 2022
Ötən gün toylara görə 1 nəfər cərimələnib, 4 nəfər şənliyə buraxılmayıb.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 12-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 86 toy şənliyinin monitorinqini həyata keçirib.
Monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 4 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Oxunub: 518
Oxşar xəbərlər
- Ötən gün yol qəzalarında 3 nəfər ölüb
- Ötən gün yol qəzalarında 5 nəfər ölüb, 6 nəfər yaralanıb
- Ötən ay sərhəd rеjim qaydalarını pozan 646 nəfər saxlanılıb
- Ötən gün yol qəzalarında 3 nəfər ölüb
- Ötən gün məktəbi bitirən məzun çayda boğularaq ölüb
- Ötən gün yol qəzalarında 7 nəfər ölüb
- Ötən ay vaksin vurdurmaq üçün növbə götürənlərin sayı açıqlanıb
- Ötən ay Sabunçuda narkotik satan və oğurluq edən 117 nəfər saxlanılıb
- Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- Ötən il Azərbaycanda müsadirə edilən əmlakların sayı açıqlanıb