Naxçıvanda gəlinini boğaraq öldürən şəxsin məhkəməsi başlayır


09:54     14 Yanvar 2022 22_01_14_1642139677.jpg

Naxçıvan Muxtar Respublikasında qətl törətməkdə təqsirləndirilən Əli Məmmədovun cinayət işi üzrə məhkəmə iclasının hazırlıq iclası başlayıb.

Femida.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 17-nə təyin olunub.

Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabr ayında Naxçıvanın Babək rayonunda qeydə alınıb.

Belə ki, rayon sakini, 67 yaşlı Əli Məmmədov gəlini, 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib.

Hüquq-mühafizə orqanlarının əməliyyat axtarış tədbirləri nəticəsində Ə.Məmmədov saxlanılıb.

Açar sözlər:

Oxunub: 253